XİN “1+1” telekanalının müraciətini rədd etdi
27 noyabr 2014 15:11 (UTC +04:00)

XİN “1+1” telekanalının müraciətini rədd etdi

 

 

Azərbaycan XİN Ukraynanın “1+1” telekanalının Azərbaycanda akkreditasiyadan keçmək barədə müraciətinə rədd cavabı verib. Bunu APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, Ukraynanın “1+1” kanalı tərəfindən müvafiq akkreditasiyadan keçmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edilib: “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunundan çıxış edərək Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş qaydalar çərçivəsində bu kanalın müraciətinə baxılıb. Təəssüf ki, bu kanalın nümayəndələri akkreditasiya qaydalarına riayət etmədən və Xarici İşlər Nazirliyində müvafiq akkreditasiya kartı almadan Azərbaycan ərazisində jurnalist fəaliyyəti ilə məşğul olublar və bu da qanun pozuntusudur”. 

 

H. Hacıyev xatırladıb ki, bu şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan səfər ediblər və müraciətlərində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edəcəkləri barədə heç bir məlumat verilməyib: “Veriliş əsnasında Azərbaycana qarşı həqarət xarakterli ifadələrə yer verilib. İndi isə müxtəlif bəhanələrlə öz əməllərinə bəraət qazandırmağa çalışırlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar