Xəzəryanı ölkələrin XİN başçıları Moskvada görüşəcək
31 oktyabr 2017 13:50 (UTC +04:00)

Xəzəryanı ölkələrin XİN başçıları Moskvada görüşəcək

"Xəzəryanı ölkə başçılarının sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər.

 

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin isə dekabrda Moskvada sammitə hazırlığı müzakirə etməsi gözlənilir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Rossiya 24" kanalının efirində deyib.

 

"Bu istiqamətdə iş gedir. Hazırda biz, bu sənədin müəyyən detallarını bitirməyə çalışırıq. Ola bilsin ki, xarici işlər nazirlərini bu ilin dekabrında Moskvada bir araya gətirməyə nail olaq ki, gələn il yaza yaxın həlledici sammiti təşkil edək. Bu dəfə sammit Qazaxıstanda, Astanda  keçirilməlidir", - deyə Q. Karasın vurğulayıb.

 

Rusiya XİN başçısının müavini qeyd edib ki, Xəzər dənizi böyük beynəlxalq problemlər, gözlənilməz fərqli yanaşmalar fonunda əməkdaşlıq nümunəsi olmalıdır: "Bu, bütün beş ölkəyə regiondan kənar oyunçulardan mehribanlıq gözləməməyə, müstəqil hərəkət etməyə və yaxşı regional əməkdaşlıq nümunəsi olmağa imkan verəcək".

 

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın Xəzəryanı ölkə başçılarının növbəti sammitində imzalanması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

APA Baycan

Oxşar yazılar