Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu təmsil olunduğu Milli Şuradan istefa verib.
APA-nın əldə etdiyi məlumata görə, X. Teyyublu bu barədə qərarını KXCP Ali Məclisinin bu gün keçirilmiş iclasında açıqlayıb.
Həmin toplantıda Milli Şurada təmsilçiliklə bağlı müxtəlif iradlar, fikrilər səsləndirilib.
X. Teyyublu APA-ya faktı təsdiqləyib. Amma istefasının səbəbləri barədə geniş danışmayıb.