Xarici İşlər Naziri Belçikaya gedəcək
19 may 2016 18:14 (UTC +04:00)

Xarici İşlər Naziri Belçikaya gedəcək

 

Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcək.

 

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək. Sözügedən iclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 103
avatar

Oxşar yazılar