Vurğun Əyyub: “Haqsızlıqlara son qoyun”
13 noyabr 2014 12:22 (UTC +04:00)

Vurğun Əyyub: “Haqsızlıqlara son qoyun”

 

 

“Müsavat Partiyasının rəhbərliyini haqsızlıqlara son qoymağa çağırıram”.


 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub digər Məclis üzvü Hikmət Hacızadənin partiyada fəaliyyətini dondurmasına münasibət bildirərkən deyib.


V. Əyyub hesab edir ki, hazırda Müsavata rəhbərlik edənlər doğru yol seçməyib: “Əslində partiyanı dağıtmaq, zəiflətmək xətti götürülüb və bu heç də yaxşı nəticələr vəd etmir. Mən də Hikmət Hacızadəyə qoşularaq, onları bu haqsızlıqlara son qoymağa çağırıram. Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurması partiya rəhbərliyinə bir xəbərdarlıqdır. Onun siyasi çəkisinin, nüfuzunun nə olduğunu isə məncə, partiya rəhbərliyinə izah etməyə gərək yoxdur. Çünki onlar bunu yaxşı bilirlər”.

Xatırladaq ki, H. Hacızadə Müsavatdan bəzi üzvlərin xaric edilməsinə etiraz olaraq partiyada fəaliyyətini dondurduğunu bəyan edib. H. Hacızadə partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işinə yenidən baxmağa, əks təqdirdə isə onu da partiyadan xaric etməyə çağırıb.

 

# 614
avatar

Oxşar yazılar