Putin Azərbaycan prezidentini təbrik edib
23 dekabr 2014 14:40 (UTC +04:00)

Putin Azərbaycan prezidentini təbrik edib

0

Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, V. Putinin məktubunda deyilir:

 

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək. Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar