Vitse-spiker: "Ermənistanın törətdiyi təxribatlar ATƏT PA-da qaldırılacaq"
03 sentyabr 2015 17:22 (UTC +04:00)

Vitse-spiker: "Ermənistanın törətdiyi təxribatlar ATƏT PA-da qaldırılacaq"

ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Ermənistanın təmas xəttində son vaxtlar artan təxribatları və bu günlərdə Tərtər rayonunda toy mərasiminin atəşə tutulması məsələsi gündəmə gətiriləcək.

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Ermənistanın törətdiyi insidentlər bütün beynəlxalq təşkilatlarda qaldırılmalıdır və qaldırılır: "Son günlər artan təxribatlar, eləcə də Tərtərdə biri azyaşlı olmaqla, üç mülki vətəndaşın yaralanması ilə nətəcilənən silahlı basqın faktının ATƏTinstitutlarında qaldırılması vacibdir. Bunu gündəmə gətirəcəyik”.

 

Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək. Sessiyanın mövzusu "ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” olacaq.

 

Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb. ATƏT PA ilk dəfədir ki, Monqolustanda tədbir keçirir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar