ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam edəcəyinə ümidvar olduğunu açıqlayıb.
APA-nın xəbərinə görə, diplomat bu barədə öz “Tvitter” səhifəsində yazıb.
“Dünən baş verən hadisələrə baxmayaraq, ümid edirəm ki, prezidentlər atəşkəsə riayət edəcəklər və dialoqu davam etdirəcəklər", - deyə o vurğulayıb.