Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan şəhərinə gəlib. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, İ.Yılmaz avqustun 18-də Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak edəcək.
İ.Yılmazın Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.