Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açıldı
30 iyun 2016 11:48 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açıldı

0

 

İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.

 

APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

 

İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.

 

Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.

 

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar