Türkiyə yumurtası Rusiyaya Ukraynadan yan keçərək gedəcək
22 yanvar 2015 21:55 (UTC +04:00)

Türkiyə yumurtası Rusiyaya Ukraynadan yan keçərək gedəcək

0

Rusiya Kənd  Təsərrüfatına Dövlət Nəzarəti Xidməti (Rosselxoznadzor)  yumurtanı Türkiyədən birbaşa ölkəyə ixrac etmək üçün türkiyəli tədarükçülərə “Novorossiysk”, “Tuapse”, “Qafqaz” və “Soçi” dəniz buraxılış məntəqələrindən istifadə etməyi təklif edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.  

  

Qeyd edək ki, Ukrayna yanvarın 20-də öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar