Türkiyə səfiri: “Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır”
15 avqust 2014 17:21 (UTC +04:00)

Türkiyə səfiri: “Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır”

“Türkiyənin 11-ci prezidenti Abdullah Gül də ilk rəsmi səfərini Azərbaycana etmişdi, yeni prezident Rəcəb Tayyib Ərdoğanın da ilk səfər yeri olaraq Azərbaycanı seçməsi iki ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.


O, ümid etdiyini bildirib ki, prezidentin gözlənilən səfəri tezliklə baş tutacaq: “Səfər zamanı gündəmdə olan məsələlər, TANAP, Bakı-Tiflis-Qars layihəsi və digər əhəmiyyət daşıyan mövzular ətrafında müzakirə aparılacaq. Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusilə son illərdə yüksək səviyyədə olub, bundan sonra da bu münasibətlər artan templə inkişaf edəcək. Azərbaycan prezidenti cənab İlham Əliyevin Türkiyəyə göstərdiyi isti münasibət ölkəmizin rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir və eyni isti münasibəti də Azərbaycan Türkiyədən görəcək. Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır”.

 

İ. A. Coşqun Türkiyə mətbuatında Ermənistanla sərhədlərin açılacağı barədə yayılmış məlumatları da şərh edib: “Bilmirəm, bu məlumatları kim hansı məqsədlə ortaya atır. Hazırda Türkiyədə belə bir məsələ müzakirə mövzusu deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577
avatar

Oxşar yazılar