"The Guardian"  Azərbaycan səfirinin etiraz məktubunu dərc edib
15 yanvar 2015 11:26 (UTC +04:00)

"The Guardian" Azərbaycan səfirinin etiraz məktubunu dərc edib

 “The Guardian” qəzeti Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin redaksiyaya etiraz məktubunu dərc edib.

 

APA-nın “The Guardian”a istinadən verdiyi məlumata görə, azərbaycanlı diplomatın məktubu bu günlərdə həmin qəzetdə dərc olunmuş “Səyahət etmək üçün ən macəralı yerlər” məqaləsində Azərbaycanın işğal edilmiş ərazisi Dağlıq Qarabağın qeyd olunması ilə bağlıdır.

 

T. Tağızadə məktubda qeyd edib ki, redaksiyanın o siyahıya Dağlıq Qarabağı da daxil etməsi Azərbaycan xalqına qarşı hörmətsizlikdir: “Dağlıq Qarabağbeynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisidir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Siz başqa ölkənin bir ərazisini işğal edən təcavüzkarı həvəsləndirməyin və yüz minlərlə qaçqının əzablarına saymazyanalıq göstərməyin mənəvi cəhətdən doğru olduğunumu hesab edirsiniz? Təəssüf ki, sizin yazınız öz işğalçı fəaliyyətini legitimləşdirməyə çalışan separatçı rejimin əlinə oynayır. “The Guardian”ın post-sovet ölkələrindəki separatçı tendensiyalara qarşı münasibəti diqqətə layiqdir, lakin biz eyni həssaslığın Azərbaycana da göstərilməsini arzu edirik”.

 

Səfir xatırladıb ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan rayonlarına səfər etməmək barədə xəbərdarlıq edib.

 

“Dağlıq Qarabağa belə bir “turist marşrutu”nu təşviq etməklə isə siz ictimaiyyəti çaşdırırsınız və insanların həyatını risk altına atırsınız. Həmçinin bu cür icazəsiz səfərlərə qatılan adamlar gələcəkdə Azərbaycanın digər ərazilərinə səyahət edə bilməyəcəklər”, - deyə T. Tağızadə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92
avatar

Oxşar yazılar