Bu gün Bakıda Tehranda baş vermiş güclü yanğınla əlaqədar İran səfirliyinə yürüş keçirilib.
APA-nın məlumatına görə, yürüşdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Etibar Nəsirov, qurumun əməkdaşları, habelə Azərbaycanda yaşayan İran vətəndaşları iştirakı ediblər.
Yürüş iştirakçıları Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında toplaşıblar və səfirliyə gediblər. E. Nəsirov Tehranda baş vermiş hadisə ilə bağlı başsağlığı verib.