Tehranda ekstremizmə dair beynəlxalq konfrans keçiriləcək
08 dekabr 2014 14:32 (UTC +04:00)

Tehranda ekstremizmə dair beynəlxalq konfrans keçiriləcək

0

Dekabrın 9-10-da Tehranda “Ekstremizmə və ifratçılığa qarşı bir dünya” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, dünyanın 50-dən çox ölkəsindən nümayəndənin iştirak edəcəyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edəcək. S. Salahlı beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

Konfransda müxtəlif ölkələrdən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.

Tədbirdə İslam dininə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasına dair fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar