
Azay Quliyev Fransa senatında təqdimat edib
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan "Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı" adlı hesabatın Brusseldə, Avropa Parlamentində keçirilən təqdimatından sonra, Fransa senatında da geniş təqdimatı olub. Şuradan Lent.az-a verilən məlumata görə, fransalı senator Eymeri de Monteskyenin sədrliyi ilə keçirilən təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Fransa senatoru Helene Convay-Mouret, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Fransada qadın hüquqlarının qorunmasında ixtisaslaşan QHT-lər, araşdırmaçılar və jurnalistlər iştirak ediblər.
Tədbiri açan fransalı senator Eymeri de Monteskye Azərbaycanda qadın hüquqlarından və onların müdafiəsi üçün qanunvericilikdə görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə iştirakçıları tanış edib. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı haqqında danışan millət vəkili A. Quliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlərindən danışıb.
Azərbaycan-Fransa əlaqələri haqqında danışan A.Quliyev bildirdi ki, iki ölkə arasında əməkdaşlıq münasibətləri uğurla inkişaf edir. Şura sədri Strasburqda Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa işlərini, Parisin Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransa məktəbinin inşasını misal çəkərək ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini deyib.
Daha sonra tədbirdə hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı çıxış ediblər.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59