Siyavuş Novruzov: "İsa Qəmbərin özü Rusiyanın adamıdı"
29 sentyabr 2014 12:52 (UTC +04:00)

Siyavuş Novruzov: "İsa Qəmbərin özü Rusiyanın adamıdı"

“İsa Qəmbərin Müsavat Partiyasının qurultayındakı hesabat adlı çıxışı yorğun demokratın çıxışı idi və o, hesabat vermək əvəzinə “nala-mıxa” vururdu.

 

Gələcəyə baxış və perspektivlə bağlı bir müddəa da irəli sürmədi. Ancaq Rusiya ilə bağlı kimlərisə ittiham edən fikirlər söylədi. Əslində Rusiyanın ən böyük adamı elə İsa Qəmbər özüdür. Primakov 20 Yanvar hadisələri ilə bağlı deyirdi ki, kimi həbs edirsinizsə edin, İsa Qəmbərlə işiniz olmasın. İndi çıxışının adını partiya rəhbəri kimi son hesabat çıxışı qoyur, amma başqalarını Rusiya ilə əlaqələndirir və sair. O, 35 dəqiqə çıxış elədi bir dəfə də olsun Müsavatın gələcəyi ilə bağlı fikir söyləmədi. Bununla göstərdi ki, Müsavat artıq bitmiş bir partiyadır”.

 

Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

Müsavat Partiyasındakı başqan seçkilərinin nəticələrinə toxunan S. Novruzov bildirib ki, Arif Hacılı namizəd olmasına baxmayaraq, partiyanın İcra Aparatının rəhbəri kimi seçkilərə hazırlığı tamamilə nəzarətinə götürüb: “Narazı olanlar da bildirirlər ki, qurultaya seçilən rayon təşkilatlarının nümayəndələri birbaşa Arif Hacılının tabeliyindəki şəxslər olub. Seçkiləri şəffaf və ədalətli keçirə bilmədilər, bunu öz tərəfdarları da etiraf edir. Əməlli-başlı saxtakarlığa yol verdilər. İsa Qəmbərin tərəfdarları Arif Hacılının seçilməsi üçün nə mümkün idisə, onu etdilər”.

 

YAP nümayəndəsinin fikrincə, seçkilərdən sonra yaranan narazılıqla əlaqədar bir qrup adamın Müsavatdan gedəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar