Siyavuş Novruzov: “QHT rəhbərləri girov deyil ki, qeyd-şərtsiz azad edək"
30 sentyabr 2014 13:06 (UTC +04:00)

Siyavuş Novruzov: “QHT rəhbərləri girov deyil ki, qeyd-şərtsiz azad edək"

 

 

“Freedom House” anonim beynəlxalq təşkilatdır. Bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyini mütəmadi olaraq davam etdirir”. Lent.az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

 

O qeyd edib ki, bu təşkilat Azərbaycanda həbs olunan QHT rəhbərlərinin qeyri şərtsiz azad olunmasını tələb edir: “Onlar girov deyil ki, qeyd-şərtsiz azad edək. İstintaq davam edir və bu, hüquqi qaydada həll olunmalıdır”. 

S. Novruzov deyib ki, Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidir: “Biz orada Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən soruşduq ki, niyə Rusiyanı səsvermə mandatından məhrum edirsiniz, amma Ermənistanı yox? Onlar bizə dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür”.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Mübariz Aslanov

Oxşar yazılar