Simantov: "Hər zaman Azərbaycan xalqının yanındayıq"
28 oktyabr 2014 16:45 (UTC +04:00)

Simantov: "Hər zaman Azərbaycan xalqının yanındayıq"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib.

Komitədən Lent.az-a verilən məlumata görə, görüş zamanı M. Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.

 Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib: " Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar