Bakıda seminar, Vilnüsdə isə konfrans və sərgi keçiriləcək.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-dən 14-dək Bakı şəhərində "Müdafiənin planlaşdırılması prosesində strateji konspesiyanın hazırlanmasının rolu" mövzusunda seminar, noyabrın 12-dən 13-dək Vilnüs şəhərində (Litva) "Hərbi sahədə tətbiq edilən innovativ enerji vasitələri" mövzusunda konfrans və sərgi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.