Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Türkiyədə tədbirlərə qatılacaqlar.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-dən 5-dək Türkiyənin paytaxtı Ankara şəhərində Böhranlara cavab əməliyyatları üzrə qərargah zabiti kursu, dekabrın 1-dən 26-dək Konya şəhərində (Türkiyə) Kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə zabit kursu keçiriləcək.