Şeyx iranlı jurnalistlərlə görüşüb
16 oktyabr 2014 17:35 (UTC +04:00)

Şeyx iranlı jurnalistlərlə görüşüb

0

İranın aparıcı mətbuat orqanlarının bir qrup əməkdaşı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub. İdarədən Lent.az-a verilən məlumata görə, jurnalistlər əvvəlcə Təzəpir məscidini ziyarət edib, kitabxanada saxlanılan qədim Quran nüsxələri və nadir əlyazmalarla tanış oldular.

Sonra qonaqları QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. Şeyxülislam  Azərbaycan-İran münasibətlərinin tarixi, bugünkü durumu, ölkəmizdə din-dövlət münasibətləri və bu sahədə görülən işlər barədə iranlı mətbuat nümayəndələrinə məlumat verib.

Daha sonra QMİ sədri jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıb.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar