Seyran Ohanyan: “ATƏT Minsk Qrupunun formatı saxlanılmalıdır”
22 avqust 2015 05:58 (UTC +04:00)

Seyran Ohanyan: “ATƏT Minsk Qrupunun formatı saxlanılmalıdır”

“Hazırda fəaliyyət göstərən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun formatı saxlanılmalıdır”. APA-nın  “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, bunu avqustun 21-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

 

“Mən Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll oluna bilməyəcəyini anlayaraq Minsk Qrupunun  fəaliyyətinə müsbət yanaşıram”, deyə Ohanyan qeyd edib. Onun sözlərinə görə, ATƏT Minsk Qrupunun  fəaliyyəti münaqişə tərəfləri arasında müəyyən sülhün yaranmasına səbəb olub.

 

“Biz hesab etmirik ki, ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik edilməlidir.  Əlbəttə, bu gün  ATƏT Minsk Qrupunun siyasi potensialının müəyyən dərəcədə zəiflədiyi müşahidə olunur. Mən Rusiya ilə ABŞ və Avropa ölkələri arasında fikir ayrılığını nəzərdə tuturam, lakin bu onların vasitəçi fəaliyyətindəki effektiv işinə maneələr yaratmır”, deyə Ohanyan bildirib.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar