Səxavət Əlisoy da başqanlığa namizəd oldu
12 sentyabr 2014 17:03 (UTC +04:00)

Səxavət Əlisoy da başqanlığa namizəd oldu

 Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb.

 

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, S. Əlisoy Müsavat başqanlığına namizəd olmaq üçün ərizə ilə partiyanın müvafiq qurumuna müraciət edib.

 

Xatırladaq ki, bununla Müsavat Partiyası başqanlığına namizədlərin sayı 4-ə çatıb. S. Əlisoydan əvvəl Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu da namizəd kimi qeydə alınıb.

 

Partiya qurultayını sentyabrın 27-nə təyin edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar