Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda dəyişikliklər edib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, sərəncamın 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilib.