Sərdar Cəlaloğlu: “Mitinqdə İŞİD bayrağı qaldırılacaqsa...”
27 noyabr 2014 13:53 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Mitinqdə İŞİD bayrağı qaldırılacaqsa...”

 

 

“Mənim Milli Şuranın mitinqləri ilə bağlı fikirlərimi “Azadlıq” qəzeti kontekstdən çıxarıb, bildikləri kimi yozub. Doğrudan da yalnız mitinqlərlə hakimiyyəti dəyişməyə ümid etməyin yanlış olduğunu demişəm, indi də deyirəm. Müsavat Partiyası da dekabrın 14-də keçirəcəyi mitinqdə hakimiyyətin dəyişməsi məsələsini qoymur”.

 

Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib.

 

S.Cəlaloğlu bildirib ki, demokratik mübarizənin 160-dan çox üsulu var, Milli Şura, AXCP mitinqləri bütün demokratik mübarizə üsul və vasitələrindən çox önə çəkirlər: “Həm də onlar iddia etmişdilər ki, Demokratiya və İnsan Haqları Mərkəzindəki 11 partiya sədrinin piket keçirməsi məsələsi hökumətin sifarişidir. Sonradan məlum oldu ki, heç hökumət bizə piket keçirməyə icazə vermədi, yalanları üzə çıxdı. Mən də demişdim ki, əgər 11 partiya sədrinin piketi sifarişdirsə, Milli Şuranın mitinqləri daha çox sifarişə oxşayır, çünki belə azsaylı mitinqlərlə ölkədə demokratikləşməyə nail olmaq mümkün deyil. Fikirlərimi kontekstdən çıxarırlar, sonra da iddia edirlər ki, guya fikirlərimdə ziddiyyət var. Əksinə, mən Milli Şuranın mitinqinin keçirilməsini də konstitusion hüquqların, insan hüquq və azadlıqlarının qorunması, müxalifətin öz gücünü nümayiş etdirməsi baxımından müsbət bir addım kimi qiymətləndirmişdim. Amma bu cür mitinqlərin ciddi təşkilatçılıqla keçirilməsi, məsuliyyət hiss etmək və beynəlxalq konyunkturanı nəzərə almağın da vacibliyini qeyd etmişdim. İndi də o fikirdəyəm. Digər tərəfdən,  əgər Müsavat Partiyası təşkil etdiyi mitinqə nəzarət edə bilməyəcəksə, mitinqdə İŞİD bayrağı qaldırılacaqsa, bu cür mitinq keçirmək də yanlışdır. Yaxud mitinqdə hansısa təxribat olacaqsa, bu təxribat böyüyərək Azərbaycanın sərhədlərinin dəyişdirilməsinə, suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxaracaqsa, bu xalqa xəyanətdir - istər bunu Müsavat Partiyası, istər ADP, istərsə də AXCP etsin. Mən fikirlərimi ayrı-ayrı partiyaların konkret addımları əsasında izah etsəm də, bu həmin partiyaya aid deyil, ümumi bir fikirdir. Yanlışlıqları odur ki, guya mən bu fikirləri yalnız Milli Şuranın, digər fikirləri yalnız Müsavat Partiyasının mitinqi haqqında demişəm. Milli Şuranın mitinqindən sonrakı mübahisələrlə də bağlı fikir bildirmişəm. Fikirlərimi kontekstdən çıxarırlar, özləri bilərlər, “Azadlıq” qəzetinin nə yazdığını oxumuram. Xalq mənim hansı sözümü hansı kontekstdə necə dediyimi yaxşı bilir. İnsanlıqları varsa, fikirlərimi bütün versinlər, görsünlər ki, fikirlərimdə ziddiyyət varmı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar