Senat Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib
17 dekabr 2014 13:46 (UTC +04:00)

Senat Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib

0

ABŞ Senatı Robert Frensis Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyinatını təsdiqləyib.

 

APA-nın məlumatına görə, Senatın dekabrın 16-da keçirilmiş iclasında R. F. Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb.

 

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.

 

R. Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.

 

Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.

 

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar