Senat Sekutanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqlədi
05 dekabr 2014 15:01 (UTC +04:00)

Senat Sekutanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqlədi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın namizəd göstərdiyi Robert Sekuta (Robert Francis Cekuta) komitədə keçirilən səsvermədə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səfhəsində məlumat verilib.

 

R. Sekuta Dövlət Departamentinin Enerji Resursları Bürosunda baş köməkçi müavini vəzifəsində çalışıb. Onun xaricdə diplomatik xidmət təcrübəsi də var. R. Sekuta 2007-2009 illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində fəaliyyət göstərib.

 

Səfir Corctaun Universitetinin məzunudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar