Şəhid əsgərin medalı Gəncədə ailəsinə təqdim edildi
08 noyabr 2014 20:44 (UTC +04:00)

Şəhid əsgərin medalı Gəncədə ailəsinə təqdim edildi

Bayraq günü ərəfəsində Müdafiə Nazirliyinin nümayəndələri Gəncədə şəhid ailəsinə baş çəkib.

 

APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, nazirliyin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani bu ilin aprel ayında cəbhə xəttinin Füzuli rayonu istiqamətində şəhid olan əsgər Seyfəddin Kərimovun atasına “Hərbi xidmətdə fərqlənməyə görə” medalını və onun vəsiqəsini təqdim edib.

 

Şəhid əsgər bu medala ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görülüb. Əsgərin ailəsi ilə görüşə onun qulluq etdiyi hərbi hissənin və Beyləqan hərbi birləşməsinin şəxsi heyətinin yüksək rütbəli zabitləri də gəlib. Şəhidin ailə üzvləri övladlarının Vətən uğrunda qəhrəmancasına həlak olması ilə qürur duyduqlarını deyiblər.

 

Daha sonra hərbi qulluqçular şəhidin ailə üzvləri ilə birlikdə Seyfəddin Kərimovun Gəncədəki Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar