Səfirlik: Cavad Heyətin vəsiyyətində Tehranda dəfn olunmaq yazılmışdı
18 avqust 2014 12:42 (UTC +04:00)

Səfirlik: Cavad Heyətin vəsiyyətində Tehranda dəfn olunmaq yazılmışdı

“Avqustun 12-də Bakıda vəfat edən məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin İranın Azərbaycandakı səfirliyinə təqdim olunmuş vəsiyyətnaməsində Tehranda dəfn olunmaq arzusu yazılmışdı”.

 

Bu barədə APA-nın sorğusuna cavab olaraq, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirib.

 

Onun sözlərinə görə, mərhumun vəfatından sonra onun ailə üzvləri tərəfindən səfirliyə vəsiyyətnamə təqdim olunub, lakin sonradan qərar dəyişilib: “Çox istəyirdik ki, doktor Heyətin vəsiyyətnaməsinə əsasən onu Tehranın İbn Babiveyh məntəqəsində böyük ehtiram və yüksək səviyyəli bir mərasimlə dəfn edək. Lakin mərhumun möhtərəm ailəsi onun Bakıda dəfn olunması barədə qərar verib, biz də bu qərara hörmətlə yanaşırıq”.

 

S. M. Ayətullahi İran İslam Respublikası ilə Azərbaycan arasında daimi dostluq və bağlılığın olduğunu vurğulayıb: “Doktor Heyət iki ölkə xalqının fəxridir və mərhumun dəfn mərasiminin layiqli şəkildə keçirilməsi üçün şərait yaratdıqlarına görə Azərbaycanın məsul şəxslərinə təşəkkürümü bildirməyi özümə borc bilirəm”.

 

Qeyd edək ki, 89 yaşında Bakıda vəfat edən C. Heyət II Fəxri xiyabanda dəfn olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395
avatar

Oxşar yazılar