Səfirlik: "Litva Azərbaycanın ərazi bütövlüyünə həmişə  hörmətlə yanaşıb"
30 oktyabr 2014 22:31 (UTC +04:00)

Səfirlik: "Litva Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb"

0

Litva hökuməti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı  mövqeyini heç zaman dəyişməyib. Bu bütün səviyyələrdə Litva hökumət nümayəndələrinin  səfərlərində  hər zaman qeyd olunub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Litvanın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatının Litva telekanalında Dağlıq Qarabağ haqqında antiazərbaycan xarakterli sənədli filmin nümayişi barədə yaydığı məlumatı şərh edərkən bildirib.

 

““Sülh və müharibədə insanların hekayələri” filmi xarici film festivalı çərçivəsində nümayiş olunub. Elə həmin kanalda  Azərbaycan və Gürcüstan istehsalı filmlər də nümayiş olunub. Biz əminik ki, Azərbaycan tamaşaçıları  kimi litvalılar da bədii filmləri və təbliğatı fərqləndirə bilirlər. Litva hər zaman beynəlxalq hüququn prinsiplərinə - ölkənin ərazi bütövlüyünə  hörmətlə yanaşıb və bu heç zaman dəyişməyib”, deyə səfirliyin məlumatında bildirilir.

 

 

Qeyd edək ki, Ermənistan KİV-ləri Litvanın “Mədəniyyət” kanalında Vardan Hovanisyanın "Müharibə və sülh zamanı insanların hekayələri" adlı sənədli filminin nümayiş olunduğu barədə məlumat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar