Səfirlik “MasterCard”ın təxribatını araşdıracaq
29 oktyabr 2014 18:33 (UTC +04:00)

Səfirlik “MasterCard”ın təxribatını araşdıracaq

0

 

Azərbaycanın ABŞ-dakı səfirliyi “MasterCard” beynəlxalq ödəniş sisteminin öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərməsi ilə bağlı məsələni araşdıracaq. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə təlimat verilib ki, məsələ araşdırılaraq bu istiqamətdə lazımi tədbirlər görülsün.

 

Qeyd edək ki, “MasterCard”ın saytındakı “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən Ermənistan şəhərləri arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. şəhər adlarına rast gəlmək olar. Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1249

Oxşar yazılar