Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov etimadnaməsini YUNESKO-nun Baş Direktoru İrina Bokovaya təqdim edib.
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İrina Bokova Anar Kərimovu YUNESKO yanında Daimi Nümayəndə təyin olunmaq münasibətilə təbrik edib və YUNESKO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
Anar Kərimov YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycan birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.
Görüşdə Azərbaycanla YUNESKO arasında olan əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.