“Mərakeş Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”.
APA-nın verdiyi xəbərə görə, bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə təşkil edilmiş tədbirdə deyib.
“Ölkələrimiz biri-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Mərakeş Krallığı Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”, deyə səfir bildirib.
Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini vurğulayıb.