<b>Sahib Məmmədov:</b> "Prezident vətəndaş cəmiyyətinə böyük önəm verdi"
18 oktyabr 2014 15:54 (UTC +04:00)

Sahib Məmmədov: "Prezident vətəndaş cəmiyyətinə böyük önəm verdi"

"Prezident İlham Əliyevin növbəti əfv sərəncamı ilə 90-a yaxın məhkumu əfv edilib. Əslində biz belə humanist aktlara öyrəşmişik və prezidentin humanist siyasətinin davamlılığına əminik”. Bunu Lent.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dövlət başçısının əfvlə bağlı imzaladı sərəncama münasibət bildirərkən qeyd edib.

QHT sədri həmin sərəncamda mühüm bir mesajın olduğunu da vurğulayıb: “Prezident sərəncamda göstərir ki, əfv aktını imzalayarkən həm də insan hüquqlarını müdafiə edən təşkilatların müraciətlərini nəzərə alıb. Bu, prezidentin ölkənin vətəndaş cəmiyyətinə verdiyi önəmdir. Prezident  QHT-lərin də işinə müsbət yanaşır və onların da müraciətlərinə önəm verir”.

S. Məmmədovun sözlərinə görə, bəzi məmurlar və orqanlar  bu mesajdan nəticə çıxaracaq. “Ölkə prezidentinin son dövrlərdə imzaladığı bütün Dövlət Proqramlarında, Milli Fəaliyyət Planlarında Qeyri-hökumət təşkilatları ilə partnyorluğa xüsusi yer ayrılır. Prezidentin “İctimai İştirakçılıq Haqqında” Qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmanın yerinə yetirilməsi QHT-lərin qərarların qəbulunda iştirakına və dövlət orqanları üzərində ictimi nəzarətin təmin olunmasında rolunu artıracaq. Milli Məclis və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə imzaladığı anlaşma memorandumları digər dövlət orrqanları üçün də nümunə olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar