AXCP-nin Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli partiya sədri Əli Kərimlini sərt tənqid edib. Lent.az xəbər verir ki, S.Kərimli “facebook” səhifəsində bəziləri tərəfindən satqın adlandırılmasına cavab verib: “Yenə satqın deyirlər mənə. İddia qoydum , AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək.
Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar. “Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır”.
Qeyd edək ki, AXCP-nin qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.