Sabir Məmmədli Müsavatın Məclis sədrliyinə namizədliyini geri götürdü
26 dekabr 2014 11:36 (UTC +04:00)

Sabir Məmmədli Müsavatın Məclis sədrliyinə namizədliyini geri götürdü

0

 

Müsavat Partiyası Məclisinin üzvü Sabir Məmmədli partiya Məclisinin sədrliyinə namizədliyini geri götürüb.


 

S. Məmmədli APA-ya açıqlamasında deyib ki, buna səbəb seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması olub: “Partiyadaxili məsələlər olduğu üçün hələlik danışmaq istəmirəm. Ancaq sabah Məclisin toplantısında bu barədə çıxış edəcəyəm”.

 

Qeyd edək ki, Məclis sədrliyinə digər namizəd Müsavat başqanının müavini Nüşabə Sadıxlıdır. Məclis sədri postuna seçki dekabrın 27-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar