Sabir Məmmədli: "Bu, Müsavat daxilindəki proseslərin nəticəsidir"
05 fevral 2015 13:38 (UTC +04:00)

Sabir Məmmədli: "Bu, Müsavat daxilindəki proseslərin nəticəsidir"

Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası aydınlaşdırmalı idi ki, bir neçə partiya üzvü nə üçün Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi yaradıb? Bunun bir neçə ciddi səbəbi var”.

 

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib. O bildirib ki, müdafiə komitəsi yaradan partiya üzvləri Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) işinə müdaxilə etmirlər, amma bununla yanaşı, öz istəklərini ortaya qoymaq istəyirlər:

 

“Müəyyən mənada həmin partiya üzvləri MNTK-nın fəaliyyətindən tam razı qalmadıqlarına görə bu adımı atıblar. Digər tərəfdən, bir neçə partiya üzvü tərəfindən Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması partiya daxilindəki proseslərin nəticəsidir. Yalnız nəticə haqqında danışa bilmərik, bunun səbəblərinə diqqət yetirmək lazımdır. Ən doğru yol o olardı ki, MNTK kimisə cəzalandırmaq, partiyadan kənarlaşdırmaq, töhmət vermək və başqa cəza tədbirlərinin əvəzinə, bu addımı atan partiya üzvləri ilə görüşüb, müzakirə aparsın. Çünki MNTK-nın vəzifəsi tək cəza vermək deyil. Müsavat Partiyası siyasi təşkilatdır və burada müəyyən bir diskussiya, anlaşma olmalıdır. Bu baxımdan görüşdə razılığa gəlinə və həmin partiya üzvləri inandırıla bilinərdi ki, partiya üzvlərinin hüquqlarını müdafiə funksiyasını MNTK həyata keçirəcək. Yəni narazı partiya üzvləri Divana, MNTK-ya müraciət etsinlər ki, pozulmuş hüquqları bərpa olunsun. Başqa sözlə, yalnız nəticədən danışmaq yox, səbəblərə diqqət yetirmək lazımdır. Burada müəyyən mənada uzlaşmaya nail olmaq olar, ziddiyyətə getməyə ehtiyac yoxdur”.

 

Qeyd edək ki, yanvarın 31-də Q. İbadoğlunun tərəfdarları Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi yaratdıqlarını bəyan ediblər. MNTK isə bunu qurumun səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdi kimi qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar