Rusiyaya qarşı sanksiyaların müddəti 2016-cı ilin martına qədər uzadıldı
02 sentyabr 2015 18:02 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyaların müddəti 2016-cı ilin martına qədər uzadıldı

0
Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin 2016-cı ilin martına qədər uzadılması barədə qərar qəbul ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Aİ-nin daimi nümayəndələr komitəsi bu gün keçirilən toplantıda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı əməllərlə bağlı sanksiya tətbiq olunmuş fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları daha 6 ay qüvvədə saxlamağı qərara alıb. Komitənin texniki qrupu bununla bağlı hazırlıq işləri aparacaq və Aİ xarici işlər nazirləri Şurasının sentyabrın 15-də keçiriləcək iclasında qərar rəsmiləşəcək. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar