Gəmi ilə Bakıya gələn rusiyalı hərbçilər görüşlər keçirib
16 oktyabr 2014 19:27 (UTC +04:00)

Gəmi ilə Bakıya gələn rusiyalı hərbçilər görüşlər keçirib

Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin Bakıda görüşləri başlayıb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, bir sıra görüşlər keçiriblər.
Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədov "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb. 


Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusilə qeyd edib.


Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Oxşar yazılar