Rusiyalı bloqerin adı XİN-in "qara siyahı"sından çıxarılıb
26 dekabr 2017 15:00 (UTC +04:00)

Rusiyalı bloqerin adı XİN-in "qara siyahı"sından çıxarılıb

 

 
Rusiya Federasiyası vətəndaşı, fotoqraf və bloqer Vladimir Kezlinq Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
 
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.
 
 
V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
 
 
V.Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar