Rusiyadan Azərbaycan və Ermənistana meyitləri qaytarmaq çağırışı
23 avqust 2014 22:43 (UTC +04:00)

Rusiyadan Azərbaycan və Ermənistana meyitləri qaytarmaq çağırışı

“Biz çox təəssüf edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması insanların ölümü ilə nəticələnir və itkilər yalnız silahlı toqquşmalarla məhdudlaşmır”.

 

APA-nın xəbərinə görə, bunu media nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi mövzusundakı sorğusuna cavabında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

 

A.Lukaşeviç münaqişə ilə bağlı ailə üzvlərini itirmiş bütün Azərbaycan və erməni ailələrinə başsağlığı verdiklərini bildirib və baş vermiş ölüm faktlarının əsaslı araşdırılmasının vacibliyini qeyd edib.

 

Rusiya XİN-in nümayəndəsi tərəfləri Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 27 oktyabr 2010-cu ildəki birgə qəbul etdikləri ATƏT-in Minsk Qrupu və BQXK vasitəsilə meyitlərin qaytarılması haqqında bəyanata praktiki əməl etməyə çağırıb.


Xatırladaq ki, hazırda Ermənistanda girovluqda iki azərbaycanlı-Şahbaz Quliyev və Dilqəm Əsgərov, o cümlədən ermənilərin güllələdiyi Həsən Həsənovun meyiti saxlanılır.

 

Azərbaycanda isə ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olmuş və qəfil ürək tutmasından ölmüş Koren Petrosyanın meyiti var.

 

Qeyd edək ki, Azərbaycan baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana girov və meyitlərin dəyişdirilməsi ilə bağlı təklif göndərildiyini, lakin Ermənistanın bu təklifdən imtina etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar