Rusiya baş nazirinin müavininin Azərbaycana səfəri başlayıb
10 fevral 2015 11:56 (UTC +04:00)

Rusiya baş nazirinin müavininin Azərbaycana səfəri başlayıb

Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

 

APA-nın məlumatına görə, nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

 

Arkadi Dvorkoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan baş nazirinin müavini  Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşləri nəzərdə tutulub. 

 

Səfər çərçivəsində Azərbaycan və Rusiya hökumətləri arasında bəzi sənədlərin imzalanması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar