Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Tərəflər Bakıda keçiriləcək Rusiya-Azərbaycan-İran formatı üzrə yüksək səviyyəli görüşə hazırlıq, habelə ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə ediblər.