Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb
12 sentyabr 2015 04:11 (UTC +04:00)

Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb

Sentyabrın 10-11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda səfərdə olub.

 

APA-nın məlumatına görə, Rövnəq Abdullayev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib.

 

Görüşdə Azərbaycan və Türkmənistan arasında enerji və neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, zəngin neft və qaz resurslarına malik olan hər iki Xəzəryanı dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırır. Danışıqlarda mövcud əməkdaşlığın möhkəmlənməsi perspektivləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

 

Səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistanın neft-qaz sahəsi və yanacaq məsələləri üzrə Baş nazirinin müavini B. Xocamuxamedov ilə də görüşüb.

 

Hər iki görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar