Robert Sekuta: “Münaqişәsin hәlli istiqamәtindә addımlar atılır"
17 sentyabr 2015 20:32 (UTC +04:00)

Robert Sekuta: “Münaqişәsin hәlli istiqamәtindә addımlar atılır"

0

“Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda  addımlar atılır". APA- nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsdәrlәrlә birlikdә ciddi sәylә çalışır: "BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Digər istiqamətlərdə də fəaliyyət davam edir. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb.  Burada söhbәt münaqişәdәn  әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var".

 

Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə dair tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar