Facebookda Resul Cəfərovun adından kim müraciət yayıb?
16 oktyabr 2014 14:59 (UTC +04:00)

Facebookda Resul Cəfərovun adından kim müraciət yayıb?

0

Bu gün Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Rəsul Cəfərovun müəssisə rəhbərliyi vasitəsi ilə ölkə prezidenti İlham Əliyevə müraciətini yayımlayıb. Ancaq dünən Rəsul Cəfərovun şəxsi "facebook" hesabında da onun ölkə başçısına ünvanlanmış tam fərqli bir müraciəti yayılıb. Həmin müraciətin məzmunu Penitensiar Xidmətin fotosunu da yaydığı müraciətlə tamamilə fərqlənir. 

 

Rəsul Cəfərovun vəkili Xalid Bağırov Lent.az-a açıqlamasında hüquq müdafiəçisinin müraciəti ilə tanış olduğunu bildirib. Vəkil müraciətin səhifə admininə onun tərəfindən təqdim olunub-olunmaması ilə bağlı sualdan yayınıb.  O, " Rəsul Cəfərov telefon vasitəsilə də müraciətini istədiyi ünvanlara çatdıra bilər" deməklə kifayətlənib. .Vəkil Rəsul Cəfərovun müraciətinin əslinin və ya sürətinin onda olub-olmadığı barədə suala cavab verməyib. 

 

Həmçinin, X.Bağırov R.Cəfərovun "facebook" hesabının onun yaxınları tərəfindən idarə olunduğunu deyib. X.Bağırov əlavə edib ki, həm Penitensiar Xidmətin, həm də “facebook”da yayılan müraciətlərin Rəsul Cəfərovun mövqeyini ifadə edir.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar İsaqov isə Lent.az-a açıqlamasında deyib ki, Penitensiar Xidmət Rəsul Cəfərovun açıqlamasını onun öz xahişi ilə olduğu kimi ictimaiyyətin diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1200

Oxşar yazılar