“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir. Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında R.Arifoğlu bildirib.

Rauf Arifoğlu "Azadlıq" qəzetini məhkəməyə verir
R.Arifoğlu bildirib ki, bu qəzet onu davamlı təhqir etdiyi üçün bu addımı atır: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib. Mənə qarşı təhqirlər aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzetini, daha sonra isə məni və valideynlərimi sosial şəbəkələrdə təhqir edən AXCP fəallarını məhkəməyə verəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər.
Əgər bu təhqirlər durmasa, söyüş söyən bir sıra AXCP üzvlərinə qarşı xüsusi ittiham qaydasında da iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07