"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlıməsələyə münasibət bildirib. Lent.az xəbər verir ki, R.Arifoğlu həmkarlarının ona çoxlu suallar ünvanladığını deyib: "Hələ də tərəddüdlü durumum qalır. Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim qələbəm keçən dəfələrdə (2005-2010) olduğu kimi, dəyişdirilməyəcək, namizədliyimi verəcəm. Bunlardan hər hansı biri olmasa, boşuna zaman və para xərcləmək fikrim yoxdur. Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: Hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik. Rayonlara gedib, seçki kampaniyası keçirtmək isə, əvvəldən də dediyim kimi, istisna olunur".