Ramil Usubov İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18 avqust 2014 18:14 (UTC +04:00)

Ramil Usubov İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

 

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib.

 

Q.Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirərək qeyd edib ki, belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi, eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar